General-mayor Musəvi: Biz gələcəkdə mümkün münaqişəyə tam hazırıq
Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordunun və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Hörmüzqan vilayətində yerləşən hücum bölmələrinə baş çəkib və İran Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətini, müdafiə və hücuma hazırlığını qiymətləndirib.
General-mayor Musəvi Bəndər Abbasda ordu və SEPAH Hərbi Dəniz Qüvvələrinin suüstü, sualtı, komando və uçuş bölmələrini ziyarət edib və hər iki qüvvənin komandanları və qərargahı ilə yaxından danışıqlar aparıb görüş keçirib.
Bu barədə İran Tele-Radio Xəbər agentiliyi məlumat yayıb.
General Musəvi İran Hərbi Dəniz Qüvvələrinin komandirləri və qərargahları qarşısında çıxış edərək, bu strateji qüvvənin dənizdə, quruda və havada tam döyüşə hazır olduğunu vurğulayaraq deyib: Ölkənin cənubundakı donanma dənizçiləri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır və düşmənlə günbəgün qarşılaşmaq üçün bütün müdafiə və hücum planlarını məşq edir və yeniləyir.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hörmüzqan vilayətində SEPAH Hərbi Dəniz Qüvvələrinin müxtəlif bölgələrinə baş çəkərək, bu qüvvələrin döyüş və əməliyyat hissələrini ziyarət etməklə qeyd edib: Bu səfər zamanı mən iman, motivasiya, bilik, təcrübə, cihad və inqilabi ruhların birləşməsini müşahidə etdim ki, bu, SEPAH Hərbi Dəniz Qüvvələrinin müxtəlif müdafiə və hücum döyüş bölgələrində 100% hazır olduğunu və bu qüvvələrin düşmənə qarşı istənilən müdafiə və ya hücuma hazır olduğunu göstərir.