İran Ordusunun İstənilən təhlükəyə tam hazırıq
https://parstoday.ir/azeri/news/iran-i14364-İran_ordusunun_İstənilən_təhlükəyə_tam_hazırıq
İran Ordusunun Quru Qoşunları Komandanı briqada generalı Əli Cahanşahi ordunun bütün təhdidlərə qarşı tam döyüş hazırlığında olduğunu bildirib. O, sərhədlərdə yerləşən bölmələrin ölkənin sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayıb
(last modified 2026-09-10T07:32:04+00:00 )
Sen 10, 2026 11:29 Asia/Baku
  •  İran Ordusunun İstənilən təhlükəyə tam hazırıq

İran Ordusunun Quru Qoşunları Komandanı briqada generalı Əli Cahanşahi ordunun bütün təhdidlərə qarşı tam döyüş hazırlığında olduğunu bildirib. O, sərhədlərdə yerləşən bölmələrin ölkənin sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayıb

 

İran Ordusunun Quru Qoşunları Komandanı gələcək təhdidlərə qarşı hazırlığın qorunmasının vacibliyini vurğulayaraq bildirib: «Biz istənilən şəraitdə bütün təhdidlərlə qarşılaşmağa tam hazırıq.»

 

İran İslam Respublikası Ordusunun Quru Qoşunları Komandanı briqada generalı Əli Cahanşahi Qəzvin şəhərində yerləşən 16-cı Zirehli Diviziyanın bölmələrinin döyüş hazırlığı və imkanlarını yoxlamaq məqsədilə keçirilən baxış zamanı bölmələrin son əməliyyat hazırlığı vəziyyətini, döyüş qabiliyyətini, texnikasını və müdafiə imkanlarını qiymətləndirib.

 

O, həmçinin Quru Qoşunlarının sərhədlərdəki bölmələrinin hazırlığına toxunaraq bildirib: «Ordunun Quru Qoşunları ölkə sərhədlərində fəal iştirak edir və tam hazırlıq vəziyyətində İran İslam Respublikasının sərhədlərini və ərazi bütövlüyünü qoruyur.»