Tehran: Qərarın hüquqi əsası yoxdur
https://parstoday.ir/azeri/news/iran-i14352-tehran_qərarın_hüquqi_əsası_yoxdur
Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın təqdim etdiyi İrana qarşı qətnaməni 23 lehinə, 8 bitərəf və 3 əleyhinə səslə qəbul edib. İran, Rusiya və Çin isə qətnaməni hüquqi əsası olmayan siyasi addım adlandıraraq onun diplomatik səylərə zərər vurduğunu bildiriblər.
(last modified 2026-09-09T18:30:56+00:00 )
Sen 09, 2026 22:23 Asia/Baku
  •  Tehran: Qərarın hüquqi əsası yoxdur

Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın təqdim etdiyi İrana qarşı qətnaməni 23 lehinə, 8 bitərəf və 3 əleyhinə səslə qəbul edib. İran, Rusiya və Çin isə qətnaməni hüquqi əsası olmayan siyasi addım adlandıraraq onun diplomatik səylərə zərər vurduğunu bildiriblər.

 

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyəti ABŞ və üç Avropa ölkəsi – Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramına qarşı təqdim etdiyi qətnaməni qəbul edib.

Qətnamə 23 lehinə, 8 bitərəf və 3 əleyhinə səslə qəbul edilib. Sənəddə BAEA-nın baş direktorundan qətnamənin, mətndə istinad edilən əvvəlki qətnamələrin və İranla bağlı son hesabatın Agentliyə üzv ölkələrə, BMT Təhlükəsizlik Şurasına və BMT Baş Assambleyasına göndərilməsi tələb olunur.

 

Qətnamənin qəbulundan əvvəl İran, Rusiya və Çin birgə bəyanatla ABŞ və üç Avropa ölkəsinin təqdim etdiyi layihəni hüquqi əsası olmayan və Qərbin diplomatiyaya sadiqliyi ilə bağlı iddiaları ilə ziddiyyət təşkil edən sənəd kimi qiymətləndirib, üzv ölkələri İrana qarşı qətnamə layihəsini dəstəkləməməyə çağırıblar.

 

Bununla yanaşı, İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi və səfiri BAEA İdarə Heyətinin İrana qarşı qətnaməsini siyasi və hüquqi baxımdan, eləcə də mövcud reallıqlar baxımından qüsurlu adlandırıb və belə addımların etimadı, əməkdaşlığı və diplomatiya yolunu məhv etdiyini bildirib.

 

İran rəsmiləri həmçinin Tehranın BAEA ilə əməkdaşlığına, eləcə də ABŞ və İsrail rejiminin təminatlar altında olan nüvə obyektlərinə hərbi hücumlarının nəticələrinə diqqət çəkərək, İdarə Heyətinin mövqeyini siyasi və mövcud reallıqlara zidd qiymətləndiriblər.