Səna qüvvələri irəliləyir
https://parstoday.ir/azeri/news/west_asia-i14354-səna_qüvvələri_irəliləyir
Qeyri-rəsmi mənbələr Yəmən ordusu və Ənsarullah qüvvələrinin strateji əhəmiyyət daşıyan Əl-Muxa şəhərinin ətrafına çatdığını bildirir. Məlumata görə, Yıxtəl şəhərinin də Səna qüvvələrinin nəzarətinə keçməsindən sonra Səudiyyə muzdluları cənub istiqamətində geri çəkilməyə başlayıblar.
(last modified 2026-09-10T07:06:14+00:00 )
Sen 10, 2026 11:03 Asia/Baku
  • Səna qüvvələri irəliləyir

Qeyri-rəsmi mənbələr Yəmən ordusu və Ənsarullah qüvvələrinin strateji əhəmiyyət daşıyan Əl-Muxa şəhərinin ətrafına çatdığını bildirir. Məlumata görə, Yıxtəl şəhərinin də Səna qüvvələrinin nəzarətinə keçməsindən sonra Səudiyyə muzdluları cənub istiqamətində geri çəkilməyə başlayıblar.

Qeyri-rəsmi mənbələr Yəmən ordusu və Ənsarullah qüvvələrinin “Əl-Muxa” şəhərinin ətrafına çatdığını bildirir.

 

Əgər Əl-Muxa şəhəri üzərində nəzarət təmin olunarsa, Bab əl-Məndəb boğazı Yəmən ordusu və Ənsarullah qüvvələrinin nəzarəti altına keçəcək.

 

Bu mənbələrin məlumatına görə, bir saat əvvəl “Yıxtəl” şəhəri də Səna qüvvələrinin nəzarətinə keçib və Səudiyyə muzdluları Əl-Muxa istiqamətində qaçıblar. Hazırda isə bu qüvvələrin Əl-Muxanın ətrafına çatması ilə muzdlular daha cənubdakı şəhərlərə doğru geri çəkilirlər.

 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bəyanatında vurğulayıb: “Vəhşicəsinə törədilən təcavüzə cavab olaraq və «ümumi eskalasiyaya ümumi eskalasiya» strategiyasına əsaslanan qarşıdurma çərçivəsində Yəmən Silahlı Qüvvələri genişmiqyaslı və keyfiyyətli hərbi əməliyyat həyata keçirib. Əməliyyat zamanı Əbha və Nəcran şəhərlərindəki “Saudi Aramco” obyektləri, Cizandakı iqtisadi şəhər və “Aramco” obyektləri, həmçinin Xamis Müşeyt hava bazası onlarla ballistik raket və pilotsuz uçuş aparatı ilə hədəfə alınıb. Allahın köməyi ilə zərbələr dəqiq və birbaşa olub və bu obyektlərə genişmiqyaslı ziyan dəyib.”