Hörmüz boğazında vəziyyətin normallaşmasının yolu ABŞ-ın İslamabad anlaşmasına qayıtmasıdır
https://parstoday.ir/azeri/news/iran-i14344-hörmüz_boğazında_vəziyyətin_normallaşmasının_yolu_abŞ_ın_İslamabad_anlaşmasına_qayıtmasıdır
(last modified 2026-09-09T06:17:21+00:00 )
Sen 09, 2026 10:13 Asia/Baku
  • Hörmüz boğazında vəziyyətin normallaşmasının yolu ABŞ-ın İslamabad anlaşmasına qayıtmasıdır

 

 Pərs Today-in İRNA-ya istinadən verdiyi xəbərə görə, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi çərşənbə axşamı Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə ikitərəfli məsələlər, eləcə də regionda və beynəlxalq aləmdə baş verən son hadisələr barədə fikir mübadiləsi aparıb.

 

İranın xarici işlər naziri regionda mövcud gərgin vəziyyətə görə məsuliyyətin ABŞ-ın İslamabad anlaşması çərçivəsində götürdüyü öhdəlikləri təəssüf doğuran şəkildə pozmasının üzərinə düşdüyünü bildirib və vurğulayıb: «Həll yolu sadədir. ABŞ tərəfinin İslamabad anlaşmasında üzərinə götürdüyü öhdəliklərə və imzasına qayıtması və onlara əməl etməsi vəziyyətin normallaşmasına zəmin yaradacaq.»

 

Əraqçi həmçinin İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqların son vəziyyətini açıqlayaraq, iki ölkənin boğazda müvəqqəti keçid marşrutunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib. O, Hörmüz boğazının gələcək idarəetmə mexanizmləri barədə razılığa gəlmək məqsədilə iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Yaponiyanın xarici işlər naziri isə regionda gərginliyin artmasından narahatlığını ifadə edərək, regionda təhlükəsizliyin, eləcə də Hörmüz boğazında sərbəst və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə region ölkələri və maraqlı tərəflər arasında diplomatik məsləhətləşmələrin və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb.