İran XİN rəhbəri Cənubi Afrikaya səfərə gedib
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün Cənubi Afrikanın paytaxtı Pretoriyaya daxil olub.
İran İslam Respublikasının xarici işlər naziri “Hüseyn Əmir-Abdollahian” Cənubi Afrikaya səfəri zamanı Cənubi Afrika Respublikasının Prezidenti və Xarici İşlər Naziri ilə görüşüb və söhbət edəcək.
İranın Xarici İşlər Naziri Tehranı tərk etməzdən əvvəl jurnalistlərə deyib: Korona ilə əlaqədar üç illik fasilədən sonra İran-Cənubi Afrika Əməkdaşlıq Komissiyasının iclası son ikitərəfli münasibətlər və bəzi beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün bir fürsətdir.
İran-Cənubi Afrika arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 15-ci iclasının bu gün (cümə axşamı) Pretoriyada keçirilməsi planlaşdırılır.