Dek 05, 2023 09:53 Asia/Baku
  • İki ölkə imkanlarının mübadiləsi sanksiyaları zərərsizləşdirə bilər

İran İslam Respublikası prezidenti kubalı həmkarı ilə birgə mətbuat konfransında vurğulayıbdır ki: Hegemon sistem qarşısında müqavimət, iki ölkəni Amerikanın sanksiyalarına məruz qoyan ortaq cəhətdir. Sanksiyaları zərərsizləşdirə biləcək məsələ, iki ölkə imkanlarının mübadilə edilməsidir.

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi bu gün Tehranda Kuba prezidenti Migel Dias-Kanel ilə birgə mətbuat konfransında bir Kuba prezidentinin 22 ildən sonra Tehrana səfərini iki ölkə və iki xalq  arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində bir dönüş nöqtəsi adlandırıb. Bildirib ki, Tehran və Havana çox sayda sahədə ortaq baxışa malikdirlər.

İki ölkə elm və texnologiya sahəsində yaxşı əməkdaşlıqlara malikdir və onun təzahürlərindən biri, uğurlu bir həmkarlıq kimi, Kubanın iştirakı ilə vaksinanın düzəldilməsi olub- deyən Rəisi söyləyib: İki ölkə həmçinin nano və biotexnologiya sahəsində yaxşı  nailiyyət və bacarıqlara malikdir ki, bu imkanlar mübadiləsi, iki ölkəyə bir çox faydalar gətirə bilər.

Bu gün Kuba prezidentinin səfəri ilə/ iki ölkə arasında/ əməkdaşlıqların yeni meydanının açılmasının şahidiyik- deyə, Rəisi bildirib. Qeyd edib ki: İki ölkə arasındakı ciddi ortaq cəhətlərdən biri, hegemon sistemin tamahkarlıqları qarşısında durmaqdır.

Amerikanın tamahkarlıqları qarşısında müqavimətə görə, İran və Kuba xalqları bu ölkə tərəfindən sanksiya ediliblər- deyən Rəisi söyləyib: Amerikalılar və hegemon sistem elə zənn edirlər ki, sanksiya ilə, hegemon sistemin tamahkarlıqları qarşısında durmağa iradə etmiş xalqları geri çəkilməyə məcbur edə biləcəklər.

Ölkə prezidenti əlavə edib: Öz vətəni və həyatını müdafiə etmək istəyən Fələstin xalqı düşmənlərin hücumlarına məruz qalıb və rasist əhval-ruhiyyə ilə Fələstində bəşəriyyətə qarşı cinayət və soyqırımı törətməklə məşğul olan sionist rejim qadın və uşaqları qanlarına qəltan edir.

Sionist rejim tərəfindən törədilənlərdən daha təəssüfləndirici hal,/ Amerika ilə qərblilərin bu dəhşətli cinayətlərə dəstək vermələridir. İnsan hüquqları iddiasında olan kəslər/ bəşəriyyətə qarşı yönəlmiş bu cinayəti necə himayə edirlər? Həmçinin bu cinayətlər və qərblilərin onu himayə etmələrindən daha təəssüfləndirici hal,/ amerikalıların sionist rejimin ixtiyarına qoyduqları hərb maşınını durdura bilməyən/ beynəlxalq sistemlərin faydasızlığıdır- deyə, İran prezidenti qeyd edib:

Kuba prezidenti Migel Dias-Kanel də bu mətbuat konfransında vurğulayıbdır ki: Tehranla Havana arasındakı münasibətlər tarixidir. Qırx ildən çox bir keçmişə malik olan bu münasibətlər həmrəyliyə və hörmətə əsaslanır.