Əraqçi Amerikaya xəbərdarlıq edib
(last modified 2024-10-19T08:50:51+00:00 )
Okt 19, 2024 12:50 Asia/Baku
  • Əraqçi Amerikaya xəbərdarlıq edib

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi mesajında ABŞ prezidenti Co Baydenin Berlin səfərinin sonunda verdiyi son açıqlamaların nəticələri ilə bağlı xəbərdarlıq edib.

 

X (keçmiş Twitter) sosial şəbəkəsindəki mesajında Əraqçi Amerika prezidentinin bu yaxınlarda verdiyi müsahibəyə istinad edərək yazıb: Kimin "İsrailin İrana nə vaxt və necə hücum etdiyi" barədə məlumatı və biliyi varsa, bu cür axmaqlıq üçün avadanlıq və dəstək verirsə, məntiqlə dəyəcək mümkün zərərə görə məsuliyyət daşıyır.

Qeyd edək ki, İranın xarici işlər naziri Baydenin Berlin səfərinin sonunda jurnalistlərə verdiyi müsahibədə İsrailin İranın raket hücumlarına necə və nə vaxt cavab verəcəyini bildiyini açıqladığı son açıqlamalarına istinad edir.

Teqlər