Bu gün İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü günüdür!
(last modified 2024-09-12T06:48:10+00:00 )
Sen 12, 2024 10:48 Asia/Baku
  • Bu gün İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü günüdür!

Bu gün 1446-cı hicri qəməri ili Rəbiül-Əvvəl ayının 8-i şiələrin 11-ci imamı, İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü günüdür.

İmam Həsən Əskəri (ə) hicrətin 232-ci ilində, Rəbiüs-Sani ayının 8-ində Mədinə şəhərində dünyaya göz açıb.

Əziz atası İmam Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.

İmam Həsən Əskəri (ə) Abbasi xəlifəsinin əmri ilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılıb.

İmam Həsən Əskəri (ə) atası, İmam Əliyyən Nəqi (ə) şəhid olandan sonra, hicrətin 254-cü ilində imamət məqamına nail olub, imamlıq dövrü 6 il sürüb. O, 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəmid tərəfindən zəhərlənərək şəhid edilib və İraqın Samirra şəhərində öz evində, atasının qəbrinin kənarında dəfn olunub.

 

İmam Həsən Əskəri(ə) İslam dinini qorumaq üçün insanlar arasında yaranmış şübhələrə aydınlıq gətirərək, onları haqq yoluna hidayət edib.

 

Şiələrin 11-ci imamı Quran-Məcidin misilsiz təfsirçilərindən olub. O, imamət dövründə bu səmavi kitabın düzgün formada təfsir olunması metodunu insanlara bəyan edərək, müsəlmanları İslamın ali məqsədləri yolunda addımlamağa istiqamətləndirib.