UNRWA-nın Qəzzədə sionistlərin vəhşilikləri ilə bağlı şok hesabatı
https://parstoday.ir/azeri/news/west_asia-i10474-unrwa_nın_qəzzədə_sionistlərin_vəhşilikləri_ilə_bağlı_şok_hesabatı
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (URUWA) Qəzzə zolağı və işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı son həftəlik hesabatında təkcə martın 2-dən 13-dək 142.000-dən çox insanın məcburi köçkünə çevrildiyini bildirib.
(last modified 2025-03-30T06:51:29+00:00 )
Mart 29, 2025 13:14 Asia/Baku
  • UNRWA-nın Qəzzədə sionistlərin vəhşilikləri ilə bağlı şok hesabatı

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (URUWA) Qəzzə zolağı və işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı son həftəlik hesabatında təkcə martın 2-dən 13-dək 142.000-dən çox insanın məcburi köçkünə çevrildiyini bildirib.

 

Hesabatda həmçinin qeyd olunub ki, təkcə martın 18-də Qəzzədə 180-dən çox uşaq öldürülüb və bu, son bir ildə fələstinli uşaqlar üçün ən ölümcül günlərdən biri olub. 

Bu xəbərə əsasən, sionist hərbçilər Qəzzəni tam mühasirəyə aldıqları martın 2-dən indiyədək bölgəyə heç bir humanitar yardım və avadanlıq daxil olmayıb. İndiyə qədər üç həftədən çox davam edən mühasirə 2023-cü ilin oktyabrında müharibənin əvvəlində ilkin mühasirədən daha uzun sürmüş və görünməmiş bir humanitar böhran yaratmışdır.