Əraqçinin başçılıq etdiyi İran nümayəndə heyəti Omana yola düşüb
(last modified Sat, 12 Apr 2025 06:02:56 GMT )
Apr 12, 2025 10:02 Asia/Baku
  • Əraqçinin başçılıq etdiyi İran nümayəndə heyəti Omana yola düşüb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü elan edib: Əraqçinin başçılığı ilə İran nümayəndə heyəti İran-ABŞ danışıqlarının keçirildiyi Məsqətə yola düşüb.

 

İsmayıl Bəqayi X sosial şəbəkəsində yazıb: “Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!” (Ali-İmran surəsi, 159-cu ayə) Xarici işlər nazirinin müşayiəti ilə bir qrup ən təcrübəli həmkarımızla birlikdə İranın nüfuzunu və milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə etməyə qərarlıyıq.