Tbilisidə Vağzal bazarının ərazisində güclü yanğın baş verib
(last modified Thu, 01 May 2025 08:29:41 GMT )
May 01, 2025 12:29 Asia/Baku
  • Tbilisidə Vağzal bazarının ərazisində güclü yanğın baş verib

Gürcüstan FHİOX-in yerli mətbuata verdiyi məlumata görə, yanğın “Borjomi Vağzalı” adlanan ərazidə baş verib.

 

Bu ərazidə əsasən geyim, meyvə-tərəvəz və müxtəlif anbar obyektləri yerləşir.Hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları cəlb olunub. Xilasedici briqadalar hazırda alovun söndürülməsi və ərazinin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər aparır.İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan yoxdur.