Madeleine gəmisinin naviqasiya sistemində nasazlıq baş verib
(last modified Sun, 08 Jun 2025 18:48:05 GMT )
İyun 08, 2025 22:48 Asia/Baku
  • Madeleine gəmisinin naviqasiya sistemində nasazlıq baş verib

 Qəzzə zolağındakı blokadanı yarmaq məqsədilə yola çıxan Madeleine gəmisi, Qəzzə sahillərinə yaxınlaşarkən ciddi naviqasiya sistemi problemi ilə üzləşib. Bir neçə saat əvvəl İsrailin müharibə naziri bu gəminin Qəzzəyə çatmasına imkan verməyəcəklərini bildirmişdi.

 

Hazırda “Azadlıq Donanması” kimi tanınan bu təşəbbüs çərçivəsində hərəkət edən Madeleine gəmisinin naviqasiya cihazları işləməz hala düşüb.

 

Braziliyalı jurnalist və Azadlıq Donanmasının rəhbəri Tyaqo Avila bu gün (bazar günü) bildirib ki, gəminin bütün naviqasiya avadanlıqları sıradan çıxıb. O, həmçinin deyib: “Onlar (israillilər) bizi dayandırmağa və ya hücum etməyə hazırlaşırlar.”

 

Avilanın sözlərinə görə, hazırda Qəzzə sahillərindən 162 dəniz mili (təxminən 260 kilometr) uzaqda olsalar da, gəminin naviqasiya sistemində onların İordaniyada bir hava limanında olduqları göstərilir.

 

Avila əlavə edib: “Biz yaxşı bilirik ki, onlar əlaqə vasitələrimizi və sistemlərimizi pozmağa başlayanda bu nə deməkdir. Bu, onların bizi dayandırmaq və ya bəlkə də bizə hücum etməyi planlaşdırdıqlarının göstəricisidir.”