Türkiyənin xarici işlər naziri: İsrail regionda qeyri-sabitlik faktorudur
https://parstoday.ir/azeri/news/west_asia-i11516
Türkiyənin xarici işlər naziri Hakan Fidan öz açıqlamalarında vurğulayıb ki, sionist rejim regionda qeyri-sabitlik amilidir və Qəzzada baş verən humanitar fəlakətə görə məsuliyyət daşıyır.
(last modified 2025-06-14T06:32:28+00:00 )
İyun 14, 2025 10:31 Asia/Baku
  • Türkiyənin xarici işlər naziri: İsrail regionda qeyri-sabitlik faktorudur

Türkiyənin xarici işlər naziri Hakan Fidan öz açıqlamalarında vurğulayıb ki, sionist rejim regionda qeyri-sabitlik amilidir və Qəzzada baş verən humanitar fəlakətə görə məsuliyyət daşıyır.

 

Türkiyənin xarici işlər naziri deyib: İsrail (rejimi) Qəzzada humanitar fəlakət törədib, Livanın sabitliyini pozub, Suriyaya hücum etməyi planlaşdırır və İranı hədəfə alıb.O, vurğulayıb ki, sionist rejim regionda sabitliyi pozmaq strategiyasını dərhal dayandırmalıdır.Fidan vurğulayıb: Bölgədə mövcud olan gərginliyin ictimai rəyi Qəzzada törədilən soyqırımdan yayındırmasına imkan verilməməlidir.