Yəmən: Yafa və Hayfa şəhərlərindəki hərbi hədəflər uğurla vuruldu
(last modified Sat, 28 Jun 2025 16:23:20 GMT )
İyun 28, 2025 20:23 Asia/Baku
  • Yəmən: Yafa və Hayfa şəhərlərindəki hərbi hədəflər uğurla vuruldu

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri:

 

Sionist rejimə məxsus həssas bir hədəfə qarşı Bər-əl-səbə şəhərində “Zülfüqar” raketi ilə xüsusi əməliyyat həyata keçirdik və bu əməliyyat Allahın köməyi ilə hədəfə dəqiq dəyərək uğurla başa çatdı.Keçən həftə ərzində Bər-əl-səbə, Yafa, Təl-Əviv və Hayfa şəhərlərindəki həssas mövqelərə və hərbi infrastruktura qarşı bir sıra əməliyyatlar icra etdik.Bu əməliyyatlar ballistik raketlər və PUA-lar vasitəsilə həyata keçirildi və hamısı Allahın lütfü ilə uğurlu oldu.