HƏMAS: Məcburi aclıq sionist əsirlərə də təsir edib
https://parstoday.ir/azeri/news/west_asia-i12162-hƏmas_məcburi_aclıq_sionist_əsirlərə_də_təsir_edib
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək rütbəli üzvü İzzət ər-Rişq verdiyi açıqlamada məcburi aclığın indi sionist əsirlərə də təsir etdiyini vurğulayaraq, İsrailin baş naziri Binyamin Netanyahu və kabinetinin Qəzzədə sionist əsirlərin aclıqdan ölməsinə görə məsuliyyət daşıdığını vurğulayıb.
(last modified 2025-08-05T08:47:55+00:00 )
Avq 04, 2025 09:46 Asia/Baku
  • HƏMAS: Məcburi aclıq sionist əsirlərə də təsir edib

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək rütbəli üzvü İzzət ər-Rişq verdiyi açıqlamada məcburi aclığın indi sionist əsirlərə də təsir etdiyini vurğulayaraq, İsrailin baş naziri Binyamin Netanyahu və kabinetinin Qəzzədə sionist əsirlərin aclıqdan ölməsinə görə məsuliyyət daşıdığını vurğulayıb.

 

Əsir dəyişdirmə əməliyyatında dünya şahid oldu ki, sionist əsirlər mükəmməl fiziki və ruhi sağlamlıqla azadlığa buraxılıblar, lakin bu gün əsirlər də fələstinli döyüşçülər və Qəzzə xalqı kimi aclıqdan və ciddi çəki itirmədən əziyyət çəkirlər və onlar da Qəzza əhalisi ilə eyni vəziyyəti yaşayırlar.Netanyahunun tətbiq etdiyi mühasirə sionist əsirlərə təsir etdi və onlar da bu amansız aclıqdan amanda deyillər.Sionist əsir "Ovitar David"in aclıq görüntüsündən əvvəl Qəzzalı uşaq, qadın və qocaların aclıq səhnələri Qəzza zolağında aclığın mövcudluğunu inkar edənlərə qəti cavab idi.