Sionist komandalar dünya yarışlarından uzaqlaşdırılmalıdı; BMT-nin xüsusi məruzəçisinin yeni tələbi
BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Françesko Albaniz sionist rejimin idman komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb edib.
Albaniz bundan əvvəl dəfələrlə sionist qırıcıların fələstinliləri qətliamını mesajlarında qınamışdı. O, son paylaşımında yazıb: “Qatilərin idman yarışlarından çıxarılmasının vaxtı çatıb. Gəlin idmanı aparteid və soyqırımdan təmizləyək. Hər dəfə bir top, bir zərbə.”
Xəbər mənbələri sionist rejimin hücumunda Fələstin milli futbol komandasının sabiq kapitanı və oyunçusu Süleyman əl-Ubeydin şəhid olduğunu bildiriblər. Fələstin milli futbol komandasının keçmiş ulduzu, 41 yaşlı oyunçu çərşənbə günü Qəzza zolağının cənubunda ərzaq almaq üçün gözləyərkən işğalçı qüvvələri tərəfindən şəhid edilib.