BMT Qəzzada jurnalistlərin sionist rejim tərəfindən qətlə yetirilməsini qınadı
https://parstoday.ir/azeri/news/west_asia-i12282-bmt_qəzzada_jurnalistlərin_sionist_rejim_tərəfindən_qətlə_yetirilməsini_qınadı
 BMT-nin sözçüsü sionist rejim tərəfindən Qəzzada jurnalistlərin qətlə yetirilməsini qınayaraq bu məsələ ilə bağlı araşdırma aparılmasına çağırıb.
(last modified 2025-08-12T09:31:52+00:00 )
Avq 11, 2025 19:23 Asia/Baku
  • BMT Qəzzada jurnalistlərin sionist rejim tərəfindən qətlə yetirilməsini qınadı

 BMT-nin sözçüsü sionist rejim tərəfindən Qəzzada jurnalistlərin qətlə yetirilməsini qınayaraq bu məsələ ilə bağlı araşdırma aparılmasına çağırıb.

 

Stefan Ducarik Qəzzada “Əl-Cəzirə” jurnalistlərinin şəhid olması ilə bağlı bəyanatında bildirib: Biz Əl-Cəzirə ailəsinə başsağlığı veririk.O əlavə edib: Hazırda Qəzzada bu gün baş verən hadisələri araşdırırıq. Biz həmişə jurnalistlərin öldürülməsinin bütün halları ilə bağlı açıq şəkildə mövqeyimizi bildirmiş və onları qınamışıq. Jurnalistlər Qəzzada və dünyanın hər hansı başqa yerində işlərini azad şəkildə, təzyiq, hədə-qorxu və ya hədəf alınmaq qorxusu olmadan yerinə yetirə bilməlidirlər.