Suriyanın Müvəqqəti Hökumətinin Süveyda vilayətindəki təsəvvür olunmaz zülmə reaksiyası
https://parstoday.ir/azeri/news/west_asia-i12286-suriyanın_müvəqqəti_hökumətinin_süveyda_vilayətindəki_təsəvvür_olunmaz_zülmə_reaksiyası
Suriyanın Müvəqqəti Hökumətinin Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və təsəvvür olunmaz zülm başlığı ilə paylaşılmış, Süveyda vilayətindəki bir xəstəxanada çəkildiyi deyilən dəhşətli video ilə bağlı açıqlama verib və məsələnin araşdırıldığını bildirib.
(last modified 2025-08-12T09:40:18+00:00 )
Avq 12, 2025 13:34 Asia/Baku
  • Suriyanın Müvəqqəti Hökumətinin Süveyda vilayətindəki təsəvvür olunmaz zülmə reaksiyası

Suriyanın Müvəqqəti Hökumətinin Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və təsəvvür olunmaz zülm başlığı ilə paylaşılmış, Süveyda vilayətindəki bir xəstəxanada çəkildiyi deyilən dəhşətli video ilə bağlı açıqlama verib və məsələnin araşdırıldığını bildirib.

 

Kadrlarda Süveyda xəstəxanasının tibb işçilərinin dəhlizdə diz çökərək bir neçə silahlı kişi qarşısında durduğu görünür. Onlardan birinin Suriya daxili təhlükəsizlik qüvvələrinin geyimində olduğu güman edilir.Tibb işçilərindən biri ilə silahlılardan biri arasında sözlü mübahisə yaranır. Ardınca iki silahlı şəxs həmin gənc tibb işçisinə atəş açaraq onu qətlə yetirir.