Həmas Xəlil əl-Heyyənin sui-qəsdə məruz qalması xəbərini təkzib etdi
https://parstoday.ir/azeri/news/west_asia-i12466-həmas_xəlil_əl_heyyənin_sui_qəsdə_məruz_qalması_xəbərini_təkzib_etdi
Fələstin İslam Müqavimət Hərəkatının (Həmas) yüksək rütbəli bir rəsmisi, hərəkatın Qəzzadakı ofisinin rəhbəri və danışıqlar heyətinin başçısı olan Xəlil əl-Heyyənin sui-qəsdə məruz qalması barədə xəbərləri qətiyyətlə rədd edib və bu xəbərləri düşmənin yaydığı şayiələr adlandırıb.
(last modified 2025-08-27T07:57:40+00:00 )
Avq 27, 2025 11:56 Asia/Baku
  • Həmas Xəlil əl-Heyyənin sui-qəsdə məruz qalması xəbərini təkzib etdi

Fələstin İslam Müqavimət Hərəkatının (Həmas) yüksək rütbəli bir rəsmisi, hərəkatın Qəzzadakı ofisinin rəhbəri və danışıqlar heyətinin başçısı olan Xəlil əl-Heyyənin sui-qəsdə məruz qalması barədə xəbərləri qətiyyətlə rədd edib və bu xəbərləri düşmənin yaydığı şayiələr adlandırıb.

 

O, bu şayiələri işğalçı rejimin Fələstin xalqına və müqavimət liderlərinə qarşı apardığı psixoloji və media müharibəsinin bir hissəsi kimi dəyərləndirib.Həmas rəsmisi əlavə edib ki, bu uğursuz cəhdlər heç vaxt xalqımızın öz liderlərinə olan etimadını sarsıda bilməz və Xəlil əl-Heyyə ilə silahdaşlarının uzun illər ərzində göstərdikləri möhkəm duruş və mübarizə ruhunu onlardan ala bilməz.