Beynəlxalq "Sumud" donanmasının həbsdə olan üzvləri müddətsiz aclıq aksiyasına başlayıblar
https://parstoday.ir/azeri/news/west_asia-i12798-beynəlxalq_sumud_donanmasının_həbsdə_olan_üzvləri_müddətsiz_aclıq_aksiyasına_başlayıblar
Qəzzə blokadasını yarmaq üçün Beynəlxalq Komitə, sionist rejimi tərəfindən "Sumud" donanmasının həbs edilən bəzi üzvlərinin vəziyyətlərinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını xəbər verib.
(last modified 2025-10-05T10:12:18+00:00 )
Okt 02, 2025 20:29 Asia/Baku
  • Beynəlxalq

Qəzzə blokadasını yarmaq üçün Beynəlxalq Komitə, sionist rejimi tərəfindən "Sumud" donanmasının həbs edilən bəzi üzvlərinin vəziyyətlərinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını xəbər verib.

 

Komitə bildirib: "Sumud" donanmasının gəmilərinin heyət üzvləri həbs edildikdən dərhal sonra bir neçə nəfər aclıq aksiyasına başlayıb və bu etirazı uzun müddət davam etdirəcəklər.

 

Bu xəbər, "Sumud" donanması 473 fəalının sionist rejiminin Ketsiut həbsxanasına köçürülməsindən bir neçə saat sonra yayılıb.