İsrail rejiminin ordusu Livanın cənubunda atəşkəsi pozmaqda davam edir
https://parstoday.ir/azeri/news/west_asia-i13984-İsrail_rejiminin_ordusu_livanın_cənubunda_atəşkəsi_pozmaqda_davam_edir
Əl-Mənar”ın məlumatına görə, sionist düşmən bu hücumlar zamanı fosfor mərmiləri də daxil olmaqla, qadağan olunmuş silahlardan istifadə edib.
(last modified 2026-08-15T08:26:36+00:00 )
Avq 15, 2026 12:11 Asia/Baku
  • İsrail rejiminin ordusu Livanın cənubunda   atəşkəsi pozmaqda davam edir

Əl-Mənar”ın məlumatına görə, sionist düşmən bu hücumlar zamanı fosfor mərmiləri də daxil olmaqla, qadağan olunmuş silahlardan istifadə edib.

Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail rejiminin ordusu atəşkəsi pozmaqda davam edərək Livanın cənubunda yerləşən Hula bölgəsi üzərində işıqlandırıcı mərmilər atıb.

İsrail rejiminin döyüş təyyarələri həmçinin Livanda Vadi Ədeşit–Əl-Qəsir bölgəsinə zərbələr endirib və Sur rayonundakı Mənsuri şəhərini hədəfə alıb.

Məlumata görə, Əli ət-Tahir bölgəsi İsrail rejimi ordusunun artilleriya atəşinə fasiləsiz və davamlı şəkildə məruz qalıb. Atəşlər Nəbatiyyə bölgəsindəki Cəbəl ər-Rəfi və Dəbşə yüksəkliklərinə qədər genişlənib.

“Əl-Mənar”ın məlumatına görə, sionist düşmən bu hücumlar zamanı fosfor mərmiləri də daxil olmaqla, qadağan olunmuş silahlardan istifadə edib.