xarici hərbçilərin ölkədən çıxarılması üçün son müddəti açıqladı
https://parstoday.ir/azeri/news/west_asia-i14002-xarici_hərbçilərin_ölkədən_çıxarılması_üçün_son_müddəti_açıqladı
ölkədə gələn il 1 oktyabrdan etibarən heç bir xarici hərbi qüvvə olmayacaq
(last modified 2026-08-16T11:29:45+00:00 )
Avq 16, 2026 15:20 Asia/Baku
  • xarici hərbçilərin ölkədən çıxarılması üçün son müddəti açıqladı

ölkədə gələn il 1 oktyabrdan etibarən heç bir xarici hərbi qüvvə olmayacaq

 İraqın Baş naziri xarici hərbçilərin ölkədən çıxarılması üçün son müddəti açıqladı

 İraqın Baş naziri Əli Faleh əl-Zeydi açıqlamasında bildirib ki, ölkədə gələn il 1 oktyabrdan etibarən heç bir xarici hərbi qüvvə olmayacaq.

«Əl-Cəzirə» telekanalının məlumatına görə, bu çərçivədə «Əl-Əsas» parlament fraksiyasının rəhbəri Əla əl-Heydəri xarici qüvvələrin İraq ərazisindən qismən çıxarılmasını rədd edərək, onların ölkədən tamamilə çıxarılmasının vacibliyini vurğulayıb.

 Əl-Heydəri bildirib: Milli suverenliyin pozulmasının və təhlükəsizlik və hərbi qərarların müstəqilliyinə müdaxilənin qarşısını almaq üçün hazırkı mərhələdə xarici hərbçilərin ölkədəki mövcudluğunun başa çatdırılması ilə bağlı aydın mövqe ortaya qoyulmalıdır.