Sionist rejim səfiri Türkiyəni tərk edib
https://parstoday.ir/azeri/news/west_asia-i2720-sionist_rejim_səfiri_türkiyəni_tərk_edib
Türkiyədə çıxan “Karar” qəzeti yazıbdır ki, İsrail rejiminin Ankaradakı səfiri- İrit Lilian bu rejimin digər diplomatları ilə yanaşı, dünən gecə Türkiyə ərazisini tərk edib.
(last modified 2023-10-23T09:35:45+00:00 )
Okt 20, 2023 15:26 Asia/Baku
  • Sionist rejim səfiri Türkiyəni tərk edib

Türkiyədə çıxan “Karar” qəzeti yazıbdır ki, İsrail rejiminin Ankaradakı səfiri- İrit Lilian bu rejimin digər diplomatları ilə yanaşı, dünən gecə Türkiyə ərazisini tərk edib.

 

Bu məlumata görə, sionist rejim Türkiyədən əlavə, İordaniya, Bəhreyn və Mərakeş də daxil olmaqla regionun digər ölkələrindən də öz diplomatlarını geri çağırıbdır.

Qeyd edək ki, “Ələqsa Tufanı” əməliyyatının başlanmasından sonra türkiyəlilər sionist rejimin cinayətlərinə qarşı öz hiddətini elan və Fələstinlə həmrəliyk ifadə etmək üçün dəfələrlə küçələrə çıxıblar.

Ankara və İstanbulda insanlar saxta sionist rejimin nümayəndəliklərini ələ keçirmək niyyətilə polislə toqquşublar. Qəzəbli insanlar Adanada “İncirlik” amerikan bazasına, Malatiyada isə sionist rejimin radar bazasına hücum çəkiblər.

Amerikanın Adanadakı konsulluğu bağlanıb. Birləşmiş Ştatların Türkiyədəki nümayəndəliklərində təhlükəsizlik tədbiləri maksimum həddə çatıbdır.