Fələstinli əsirlərin diri-diri basdırılmasına çağırış edildi
https://parstoday.ir/azeri/news/west_asia-i3448-fələstinli_əsirlərin_diri_diri_basdırılmasına_çağırış_edildi
Sionist rejim məmuru fələstinli əsirləri insan hesab etməyib və onların diri-diri basdırılmağa layiq olduğunu bildirib.
(last modified 2023-12-13T07:04:13+00:00 )
Dek 10, 2023 11:01 Asia/Baku
  • Fələstinli əsirlərin diri-diri basdırılmasına çağırış edildi

Sionist rejim məmuru fələstinli əsirləri insan hesab etməyib və onların diri-diri basdırılmağa layiq olduğunu bildirib.

 

İngiltərənin “Middle East Eye” xəbər portalının verdiyi məlumata görə, işğal altında olan Qüds merinin müavini Arye Kinq X (keçmiş Twitter) hesabında Qəzzədəki fələstinli əsirlərin fotosunu paylaşıb və onların diri-diri basdırılmasını tələb edib.

Qaniçən rejim yetkilisi yazıb: “Qərar verən mən olsaydım, buldozerlərə bu qarışqaları diri-diri basdırmağı əmr edərdim.”

Fələstinli əsirləri heyvan adlandıran sionist məmur onları diri-diri basdırmağa layiq hesab edib.