Yəmən Ənsarullahı: Amerikanın Qırmızı dənizdəki koalisiyası qanuni deyil
https://parstoday.ir/azeri/news/west_asia-i3720-yəmən_Ənsarullahı_amerikanın_qırmızı_dənizdəki_koalisiyası_qanuni_deyil
- Yəmən Ənsarullah Hərəkatının sözçüsü beynəlxalq su yollarının təhlükəsizliyinə işarə edib, Amerikanın dəniz koalisiyasında iştirak edilməsi tələb olunmuş ölkələrin çaşqınlığını bildirərək deyib: “Bu çaşqınlıq legitimliyin olmamasından qaynaqlanır.”
(last modified 2023-12-31T07:03:27+00:00 )
Dek 28, 2023 09:13 Asia/Baku
  • Yəmən Ənsarullahı: Amerikanın Qırmızı dənizdəki koalisiyası qanuni deyil

- Yəmən Ənsarullah Hərəkatının sözçüsü beynəlxalq su yollarının təhlükəsizliyinə işarə edib, Amerikanın dəniz koalisiyasında iştirak edilməsi tələb olunmuş ölkələrin çaşqınlığını bildirərək deyib: “Bu çaşqınlıq legitimliyin olmamasından qaynaqlanır.”

 

İRNA-nın cümə axşamı "Ən-Nəşrə"yə istinadən verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-səlam açıqlamasında bildirib: “Beynəlxalq su yolları təhlükəsiz və sabitdir və hər gün yüzlərlə gəmi Qırmızı dənizdən keçir.”

“ABŞ-ın dəniz ittifaqına qoşulmasını tələb etdiyi bəzi ölkələrin çaşqınlığı bu hərəkətin qanuni olmadığına inanması ilə bağlıdır” -deyə, o, vurğulayıb.

Yəmən Hərbi Dəniz Qüvvələrinin gündəlik olaraq bütün gəmilərlə əlaqə saxladığını qeyd edən Ənsarullah sözçüsü bildirib ki, Amerika İsraili qorumaq üçün bəzi ölkələri bu koalisiyaya qoşulmağa təhrik etməyə çalışır.

Məhəmməd Əbdüs-səlam deyib: “Biz ölkələrlə əlaqə saxlayırıq və onlar dəniz koalisiyasına qoşulmadıqlarını təsdiqləyirlər. Bəzi ölkələr də bizə bildirdilər ki, onların Amerika koalisiyasında mövcudluğu zabit göndərmək səviyyəsindədir.”