Ötən saatlarda Qəzzada sionist rejimin 2 komandiri yaralanıb
Yan 13, 2024 09:45 Asia/Baku
Sionist rejim mediası bu rejimin daha iki yüksək rütbəli hərbçisinin Qəzzada fələstinli müqavimət döyüşçüləri tərəfindən yaralandığını bildirib.
İRNA-nın şənbə günü Rusiya Əl-Yəvm-ə istinadla verdiyi xəbərə görə, sionist rejimə bağlı mənbələr Qəzzada müqavimət döyüşçüləri ilə döyüş zamanı bu rejimin daha iki yüksək rütbəli əsgərinin yaralandığını bildiriblər.
Sionist “Valla” mediası ötən saatlarda Qəzzada sionist rejimin iki tabor komandirinin yaralandığını açıqlayıb.
Bu xəbərə görə, 8226-cı və 363-cü taborların komandirləri Qəzza müharibəsi zamanı fələstinli müqavimət döyüşçüləri ilə qarşıdurmada yaralanıb.
Teqlər