Türkiyə və İngiltərə xarici işlər nazirləri Yəməndəki hadisələrlə bağlı söhbət ediblər
https://parstoday.ir/azeri/news/west_asia-i3936-türkiyə_və_İngiltərə_xarici_işlər_nazirləri_yəməndəki_hadisələrlə_bağlı_söhbət_ediblər
Türkiyə və İngiltərə xarici işlər nazirləri Yəməndəki hadisələrlə bağlı telefon danışığı aparıblar.
(last modified 2024-05-23T04:11:46+00:00 )
Yan 13, 2024 09:48 Asia/Baku
  • Türkiyə və İngiltərə xarici işlər nazirləri Yəməndəki hadisələrlə bağlı söhbət ediblər

Türkiyə və İngiltərə xarici işlər nazirləri Yəməndəki hadisələrlə bağlı telefon danışığı aparıblar.

 

İRNA-nın şənbə günü səhər Türkiyənin Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb.

Məlumata görə, Türkiyə xarici işlər naziri bu telefon danışığında Ədən körfəzində gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Hazırda bölgədə bir çox münaqişələrin yaşandığına diqqət çəkən Fidan, Ədən körfəzindəki gərginliyin azaldılmasına çağırıb.

O, ingilis həmkarı ilə söhbət zamanı Türkiyənin bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri həmçinin Qəzza müharibəsinin və fələstinlilərə qarşı zorakı hərəkətlərin tez bir zamanda dayandırılmasını istəyib.

Fidan xəbərdarlıq edib ki, gərginliyin artması regional təhlükəsizliyə və beynəlxalq sabitliyə ciddi təhdiddir.