Yəmən rəsmisi: ABŞ və İngiltərənin hərəkətləri beynəlxalq gəmiçiliyi təhdid edir
Yan 20, 2024 10:40 Asia/Baku
Yəmən rəsmisi Vaşinqton və Londonun Qırmızı dənizdəki hərəkətlərini beynəlxalq gəmiçilik üçün təhdid kimi qiymətləndirib və deyib: Yəmənin reaksiyası yoldadır və ABŞ və İngiltərə hücumlarının aqibəti məğlubiyyətdir.
İRNA-nın şənbə günü verdiyi xəbərə görə, Əl-Məyadin xəbər kanalı adını açıqlamadığı bu yəmənli rəsminin sözlərinə istinad edərək bildirib: Yəmən ABŞ və İngiltərənin hücumlarına cavab verəcək və düşmənin hərəkətlərinin aqibəti məğlubiyyətə məhkumdur.
Bu mənbə əlavə edib: Amerika və İngiltərənin Hudeydəyə hücumları bu iki ölkənin münaqişəni gücləndirmək və onun əhatə dairəsini genişləndirmək üçün ortaq istəyinin göstəricisidir.
Teqlər