Yəmən rəsmisi: ABŞ və İngiltərənin hərəkətləri beynəlxalq gəmiçiliyi təhdid edir
https://parstoday.ir/azeri/news/west_asia-i4068-yəmən_rəsmisi_abŞ_və_İngiltərənin_hərəkətləri_beynəlxalq_gəmiçiliyi_təhdid_edir
 Yəmən rəsmisi Vaşinqton və Londonun Qırmızı dənizdəki hərəkətlərini beynəlxalq gəmiçilik üçün təhdid kimi qiymətləndirib və deyib: Yəmənin reaksiyası yoldadır və ABŞ və İngiltərə hücumlarının aqibəti məğlubiyyətdir.
(last modified 2024-01-20T06:42:54+00:00 )
Yan 20, 2024 10:40 Asia/Baku
  • Yəmən rəsmisi: ABŞ və İngiltərənin hərəkətləri beynəlxalq gəmiçiliyi təhdid edir

 Yəmən rəsmisi Vaşinqton və Londonun Qırmızı dənizdəki hərəkətlərini beynəlxalq gəmiçilik üçün təhdid kimi qiymətləndirib və deyib: Yəmənin reaksiyası yoldadır və ABŞ və İngiltərə hücumlarının aqibəti məğlubiyyətdir.

 

İRNA-nın şənbə günü verdiyi xəbərə görə, Əl-Məyadin xəbər kanalı adını açıqlamadığı bu yəmənli rəsminin sözlərinə istinad edərək bildirib: Yəmən ABŞ və İngiltərənin hücumlarına cavab verəcək və düşmənin hərəkətlərinin aqibəti məğlubiyyətə məhkumdur.

Bu mənbə əlavə edib: Amerika və İngiltərənin Hudeydəyə hücumları bu iki ölkənin münaqişəni gücləndirmək və onun əhatə dairəsini genişləndirmək üçün ortaq istəyinin göstəricisidir.