Yəmən silahlı qüvvələri: Ədən körfəzində İngiltərə gəmisini vurduq
Yan 27, 2024 09:23 Asia/Baku
Yəmən silahlı qüvvələri cümə günü gecə verdiyi açıqlamada Ədən körfəzində İngiltərə gəmisini hədəf aldığını açıqlayıb.
İRNA-nın Əl-Məsirə kanalına istinadlı xəbərinə görə, Yəmən silahlı qüvvələri məzlum Fələstin xalqına dəstək və ABŞ və İngiltərənin Yəmənə qarşı hərbi təcavüzünə cavab olaraq Ədən körfəzində İngiltərənin neft tankeri Marlin Lunda gəmisini gəmi əleyhinə raketlərlə hədəfə aldıqlarını bildiriblər.
Bu açıqlamanın davamında raketlərin hədəfi vurduğu və sözügedən gəmidə yanğına səbəb olduğu bildirilir.
Teqlər