İsrail rejiminin hücumları təhlükəsiz bölgə elan etdiyi Qəzza zolağının cənubuna mərkəzləşib
https://parstoday.ir/azeri/news/west_asia-i4178-İsrail_rejiminin_hücumları_təhlükəsiz_bölgə_elan_etdiyi_qəzza_zolağının_cənubuna_mərkəzləşib
Xəbər mənbələri sionist rejim tərəfindən Qəzzə zolağının cənubunda yerləşən Rəfah və Xan Yunis şəhərlərinin bombalanması və atəşə tutulması və bir sıra fələstinlilərin şəhid olması barədə xəbər veriblər.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Yan 27, 2024 09:27 Asia/Baku
  • İsrail rejiminin hücumları təhlükəsiz bölgə elan etdiyi Qəzza zolağının cənubuna mərkəzləşib

Xəbər mənbələri sionist rejim tərəfindən Qəzzə zolağının cənubunda yerləşən Rəfah və Xan Yunis şəhərlərinin bombalanması və atəşə tutulması və bir sıra fələstinlilərin şəhid olması barədə xəbər veriblər.

 

İRNA-nın şənbə günü Fələstin Əl-Yəvm-ə istinadən verdiyi xəbərə görə, sionist rejim qırıcıları Qəzzə zolağının cənubundakı Rəfahın şərqində yaşayış evini bombalayıblar.

Rəfahın şərqində Əl-Cəninə məhəlləsində Avad Qülləsi yaxınlığında bir evin bombalanması nəticəsində azı 3 nəfər şəhid olub, bir neçə nəfər yaralanıb. Bir neçə Fələstin vətəndaşı da bu evin bombalanması zamanı itkin düşüb və dağıntılar altında qalıb və onların tapılması üçün axtarış əməliyyatları davam edir. 

Xəbər mənbələri həmçinin sionist ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə ağır artilleriya hücumları təşkil etdiyini bildirib.

Qəzzanın Səhiyyə Nazirliyi dünən (cümə) son statistik məlumatında bildirib ki, sionist işğalçı qüvvələr son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 19 qətliam törədib və nəticədə 183 fələstinli şəhid olub.