Fələstin xalqı seçki haqqına malik olmalıdır
İran xarici işlər naziri deyib: Fələstin xalqı BMT-nin köməyilə seçki haqqına malik olmalıdır və bu məsələ, bütün fələstinlilərin iştirakı ilə bir referendumun təşkili ilə həyata keçə bilər.
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək məqsədilə Nyu-Yorka etdiyi səfərin kənarında Al-Monitor-la müsahibədə İranın Fələstin məsələsi qarşısındakı diplomatiyasını şərh edib və müharibədənsonrakı Qəzzəni son dərəcə mühüm bir məsələ adlandırıb.
Müharibədənsonrakı Qəzzə üçün hər bir qərarın mərkəzi fəlsətinli rəhbərlər olmalıdırlar- deyən Əmir-Abdullahiyan söyləyib: Fələstinli-fələstinli dialoqları formalaşmalıdır və onlar bu danışıqlar yolu ilə, qərb sahili və Qəzzənin idarə edilməsi tərzi barədə nəticəyə çatmalıdırlar.
Əmir-Abdullahiyan Fələstini fərqli ideyalara malik olan bütün fələstinli qruplara şamil edib və belə deyib: Fələstin xalqı seçki haqqına malik olmalı və BMT-nin köməyilə bir seçki modeli yaradılmalıdır.
Səudiyyə Ərəbistanı bildiribdir ki, Fələstin onların əsas prioritetidir- deyən İran xarici işlər naziri vurğulayıb: İsrail rejiminin son hərəkətləri bu rejimlə münasibətlərin normallaşdırılması məsələsini çətinləşdirib və mürəkkəbləşdiribdir və belə bir şəraitdə İsrail rejimi ilə münasibətləri normallaşmdırmaq istəyəcək bir ölkəyə bu məsələ, baha başa gələcək.
İran-İraq əlaqələri Əmir-Abdullahiyanın Al-Monitor-la müsahibədə barəsində danışdığı digər bir mövzu olub.
Tehran-Bağdad əlaqələrini güclü və ali adlandıran İran xarici işlər naziri İranla İraq arasındakı təhlükəsizlik müqaviləsinə işarə edib.
Əmir-Abdullahiyan İranın terrorçuların İraqın Kürdüstan bölgəsində yerləşən qərargahını hədəfə almaq üzrə son addımını beynəlxalq hüquq normaları çərçivəsində və qanuni müdafiə haqqı istiqamətində dəyərləndirib və belə vurğulayıb: İran öz milli təhlükəsizliyi barədə heç kəsə güzəştə getməyəcək.
İran xarici işlər naziri sonra Amerikanın sionist rejimə dəstək verməsini tənqid edib və bildiribdir ki: Ötən 110 gün ərzində Qəzzədə hər şey Amerikanın tam himayəsi altında həyata keçirilib və Birləşmiş Ştatların geniş dəstəyinə baxmayaraq, müharibə, sionist rejimə heç bir nailiyyət gətirməyibdir.
Ötən aylarda İranla Amerika arasında Qəzzə və region olayları barədə müxtəlif mesajlar mübadilə edilib. - deyə, Əmir-Abdullahiyan bildirib.
Bu mesajlar mübadiləsinin regionun durumu barədə daha yaxşı dərkə səbəb olduğunu bildirən İran xarici işlər naziri söyləyib: İran müharibənin miqyasının genişləndirilməsi ardınca deyil, amma amerikanlara xəbərdarlıq edibdir ki, sionistlərin oyunlarından ehtiyatlı olsunlar, zira onların oyunları, müharibə oyunudur.
İran xarici işlər naziri vurğulayıb: Qəzzə zolağında fələstinlilərə qarşı soyqırımının davam etməsi, Amerika üçün də yaxşı deyil. İsrail rejiminə dəstək, bu rejimin soyqırımı törətməsini himayə etməyə yönələn zaman, Amerikanın barəsində danışdığı dəyərlərlə uyuşmur. Əks halda, belə demək olar ki; Ağ Ev Təl-Əvivin girovudur.
Regionda və Qırmızı dənizdə dənizçilik və gəmiçiliyin təhlükəsizliyi İran xarici işlər nazirinin toxunduğu başqa bir məsələ olub. O, söyləyib: Yəmənlilər deyiblər ki, dənizçilik və gəmiçiliyin təhlükəsizliyinə sadiqdirlər, amma Fələstin xalqını himayə istiqamətində hər hansı sionist rejim gəmisini və İsrail rejiminin limanlarına tərəf gedən hər bir gəmini durdurmaq qərarına gəliblər.
Amerika və İngiltərənin yanvarın on birində Yəmənə qarşı hücumunu tənqid edən Əmir-Abdullahiyan deyib: Ərəbistan və Yəmənin on il müharibədən sonra yekun razılaşmaya yaxınlaşdıqları bir halda, Amerika və İngiltərə Qırmızı dənizdə və Yəməndə yeni bir müharibə cəbhəsi açıblar. Bu, o deməkdir ki, Amerika və İngiltərənin hərəkətləri gərginliyin genişləndirilməsi istiqamətinə yönəlib.
İran xarici işlər naziri Al-Monitor-la müsahibəsinin sonunda bir daha Qəzzə zolağında müharibənin durdurulmasına təkid edib.
Əgər Qəzzədə müharibə bitərsə, digər cəbhələrdəki toqquşmalar da dayanacaqdır- deyə, İran xarici işlər naziri vurğulayıb.