Qəzzada ölənlərin sayı 26,5 minə yaxınlaşır
https://parstoday.ir/azeri/news/west_asia-i4200-qəzzada_ölənlərin_sayı_26_5_minə_yaxınlaşır
İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində ölənlərin sayı 26,5 minə yaxınlaşır, 65 mindən çox insan isə yaralanıb.
(last modified 2024-01-29T07:19:46+00:00 )
Yan 28, 2024 10:38 Asia/Baku
  • Qəzzada ölənlərin sayı 26,5 minə yaxınlaşır

İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində ölənlərin sayı 26,5 minə yaxınlaşır, 65 mindən çox insan isə yaralanıb.

 

Modern.az anklavın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin oktyabrından bəri İsrail ordusunun qurbanlarının sayı 26 422 nəfərə çatıb, daha 65 087 nəfər yaralanıb.

 

Qəzza Səhiyyə Nazirliyi də “təkcə son 24 saat ərzində anklavda ən azı 165 nəfərin öldüyünü, 290 nəfərin yaralandığını” vurğulayıb.

 

Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır və həkimlər onlara hələ çata bilmir.