Yəmən Silahlı Qüvvələrinin sözçüsü Amerika gəmisinə hücumu təsdiqləyib
https://parstoday.ir/azeri/news/west_asia-i4276-yəmən_silahlı_qüvvələrinin_sözçüsü_amerika_gəmisinə_hücumu_təsdiqləyib
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii çərşənbə günü axşam saatlarında bu ölkə qüvvələrinin Qırmızı dənizdə işğal olunmuş Fələstinin limanlarına tərəf gedən Amerika ticarət gəmisini hədəf aldığını təsdiqləyib.
(last modified 2024-02-01T05:16:48+00:00 )
Fev 01, 2024 09:15 Asia/Baku
  • Yəmən Silahlı Qüvvələrinin sözçüsü Amerika gəmisinə hücumu təsdiqləyib

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii çərşənbə günü axşam saatlarında bu ölkə qüvvələrinin Qırmızı dənizdə işğal olunmuş Fələstinin limanlarına tərəf gedən Amerika ticarət gəmisini hədəf aldığını təsdiqləyib.

 

İRNA-nın Qətərin Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, Sərii əlavə edib: “Xüsusi əməliyyat keçirdik və ABŞ-a məxsus “Cole” ticarət gəmisini hədəfə aldıq.”

O əlavə edib: “Bu əməliyyat “USS Greeley”-ə hücumdan bir neçə saat sonra həyata keçirildi.”

Sərii bildirib ki, Amerika ticarət gəmisi işğal olunmuş Fələstinin limanlarına tərəf üzürdü.