İordan çayının qərb sahilində fələstinli gənc şəhid olub
https://parstoday.ir/azeri/news/west_asia-i4610-İordan_çayının_qərb_sahilində_fələstinli_gənc_şəhid_olub
 Xəbər mənbələri cümə axşamı səhər saatlarında İordan çayının qərb sahilində bir fələstinli gəncin şəhid olması barədə məlumat verib.
(last modified 2024-03-01T05:25:36+00:00 )
Fev 29, 2024 10:01 Asia/Baku
  • İordan çayının qərb sahilində fələstinli gənc şəhid olub

 Xəbər mənbələri cümə axşamı səhər saatlarında İordan çayının qərb sahilində bir fələstinli gəncin şəhid olması barədə məlumat verib.

 

Sionist rejim əsgərləri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin şimalındakı Beyt-Furik qəsəbəsinə basqın ediblər.

Bu hücumun ardınca Fələstin xalqı və gəncləri işğalçı qüvvələrlə qarşıdurmaya başlayıb. Bəşər Nihad Hanani adlı fələstinli gənc sionist əsgərlər tərəfindən açılan atəş nəticəsində qarnından yaralanıb və xəstəxanaya aparılıb, lakin aldığı yaranın şiddətindən şəhid olub.