Türkiyə MİT-i MOSSAD-ı iflic edir
https://parstoday.ir/azeri/news/west_asia-i4702-türkiyə_mİt_i_mossad_ı_iflic_edir
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi keçirdikləri birgə əməliyyat zamanı İsrailin kəşfiyyat orqanına (MOSSAD) işləyən 7 casusu yaxalayıb.
(last modified 2024-03-07T06:10:06+00:00 )
Mart 05, 2024 08:53 Asia/Baku
  • Türkiyə MİT-i MOSSAD-ı iflic edir

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi keçirdikləri birgə əməliyyat zamanı İsrailin kəşfiyyat orqanına (MOSSAD) işləyən 7 casusu yaxalayıb.

 

Saxlanılan şəxslərdən birinin televiziya kanalında proqramlara qatılan və özəl detektiv işləyən Həmzə Turhan Ayberk olduğu müəyyən edilib.MOSSAD-ın "Viktoriya" kod adlı agenti özəl detektiv Həmzə Turhan Ayberklə əlaqə saxlayıb. Ayberk ilk dəfə İsrail rejimi Məxfi Xidməti tərəfindən sadə tapşırıqlar üçün istifadə edilib.O, 2019-cu ildə MOSSAD tərəfindən Belqradda görüləcək işlərlə bağlı təlim keçib.