Sionist rejim Qəzza zolağına xilasedici tibbi avadanlıqların daxil olmasına mane olur
https://parstoday.ir/azeri/news/west_asia-i4808-sionist_rejim_qəzza_zolağına_xilasedici_tibbi_avadanlıqların_daxil_olmasına_mane_olur
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinin (UNRWA) komissarı sionist rejimin Qəzza zolağına zəruri və həyati xilasedici yardımların daxil olmasına mane olduğunu bildirib.
(last modified 2024-03-16T06:39:53+00:00 )
Mart 12, 2024 11:17 Asia/Baku
  • Sionist rejim Qəzza zolağına xilasedici tibbi avadanlıqların daxil olmasına mane olur

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinin (UNRWA) komissarı sionist rejimin Qəzza zolağına zəruri və həyati xilasedici yardımların daxil olmasına mane olduğunu bildirib.

 

Filipe Lazzarini qeyd edib ki, işğalçılar Qəzza zolağına xərçəng xəstələri üçün süni nəfəs aparatları və dərmanlar da daxil olmaqla həyati vacib yardımların çatdırılmasına mane olurlar.

O, sionist qüvvələrin tibbi ləvazimat daşıyan yük maşınının geri qaytarılması ilə bağlı hərəkətləriniə toxunaraq bildirib ki, onların fikrincə, bu ləvazimat ikili məqsəd daşıyır.

Lazzarini vurğulayıb ki, Qəzzanın bütün sakinləri sağ qalmaq üçün humanitar yardıma ehtiyac duyurlar, göndərilən yardımın miqdarı çox azdır və onun daxil olmasına ciddi məhdudiyyətlər var.