Yəmən Amerika gəmisinə hücumu təsdiqləyib
https://parstoday.ir/azeri/news/west_asia-i4814-yəmən_amerika_gəmisinə_hücumu_təsdiqləyib
 Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii çərşənbə axşamı səhər saatlarında ordu qüvvələrinin Qırmızı dənizdə Amerika gəmisini hədəf aldığını bildirib.
(last modified 2024-03-12T07:21:31+00:00 )
Mart 12, 2024 11:20 Asia/Baku
  • Yəmən Amerika gəmisinə hücumu təsdiqləyib

 Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii çərşənbə axşamı səhər saatlarında ordu qüvvələrinin Qırmızı dənizdə Amerika gəmisini hədəf aldığını bildirib.

 

Y. Sərii bu gəminin adının Pinokyo olduğunu və bir neçə raketlə hədəfə alındığını qeyd edib.

Yəmən Ordusunun mətbuat katibi vurğulayıb: “Qəzzaya hücum və onun blokadası sona çatana qədər gəmilərin işğal olunmuş Fələstinin limanlarına getməsinə mane olmağa davam edəcəyik.”