Sionist rejim Qəzzədə beynəlxalq təşkilatın əməkdaşlarının avtomobilinə hücum edib
Apr 02, 2024 10:51 Asia/Baku
Xəbər mənbələri çərşənbə axşamı səhər saatlarında bildiriblər ki, sionist rejimin Qəzzədə ərzaq yardımının paylanması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatın əməkdaşlarının avtomobilinə hücumu nəticəsində 5 nəfər həlak olub.
Sionist rejim Qəzzənin mərkəzində yerləşən Deyr əl-Bələh bölgəsində fələstinli qaçqınlar arasında ərzaq paylanmasına cavabdeh olan Ümumdünya Mərkəzi Mətbəx Təşkilatının işçilərinin olduğu avtomobilə hücum edib.
Bu hücumda 5 nəfər həlak olub. Məlumatlara görə, onlardan bəzilərinin Avstriya, Polşa, İrlandiya və İngiltərə vətəndaşlığı olub.
Teqlər