Sionist rejim Qəzzədə beynəlxalq təşkilatın əməkdaşlarının avtomobilinə hücum edib
https://parstoday.ir/azeri/news/west_asia-i5010-sionist_rejim_qəzzədə_beynəlxalq_təşkilatın_əməkdaşlarının_avtomobilinə_hücum_edib
Xəbər mənbələri çərşənbə axşamı səhər saatlarında bildiriblər ki, sionist rejimin Qəzzədə ərzaq yardımının paylanması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatın əməkdaşlarının avtomobilinə hücumu nəticəsində 5 nəfər həlak olub.
(last modified 2024-04-03T07:00:04+00:00 )
Apr 02, 2024 10:51 Asia/Baku
  • Sionist rejim Qəzzədə beynəlxalq təşkilatın əməkdaşlarının avtomobilinə hücum edib

Xəbər mənbələri çərşənbə axşamı səhər saatlarında bildiriblər ki, sionist rejimin Qəzzədə ərzaq yardımının paylanması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatın əməkdaşlarının avtomobilinə hücumu nəticəsində 5 nəfər həlak olub.

 

Sionist rejim Qəzzənin mərkəzində yerləşən Deyr əl-Bələh bölgəsində fələstinli qaçqınlar arasında ərzaq paylanmasına cavabdeh olan Ümumdünya Mərkəzi Mətbəx Təşkilatının  işçilərinin olduğu avtomobilə hücum edib.

Bu hücumda 5 nəfər həlak olub. Məlumatlara görə, onlardan bəzilərinin Avstriya, Polşa, İrlandiya və İngiltərə vətəndaşlığı olub.