Türkiyə sionist rejimin Dəməşqdə İran konsulluğuna təcavüzünü pisləyib
https://parstoday.ir/azeri/news/west_asia-i5024-türkiyə_sionist_rejimin_dəməşqdə_İran_konsulluğuna_təcavüzünü_pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi çərşənbə axşamı, axşam saatlarında bəyanat yayaraq, sionist rejimin İranın Suriyadakı konsulluğuna təcavüzünü pisləyib.
(last modified 2024-04-04T06:44:36+00:00 )
Apr 03, 2024 10:47 Asia/Baku
  • Türkiyə sionist rejimin Dəməşqdə İran konsulluğuna təcavüzünü pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi çərşənbə axşamı, axşam saatlarında bəyanat yayaraq, sionist rejimin İranın Suriyadakı konsulluğuna təcavüzünü pisləyib.

 

Bu bəyanatda bildirilir: “İsrailin Dəməşqdəki İran səfirliyinə hücumunu pisləyirik.”

Türkiyə həmçinin İranın Dəməşqdəki diplomatik mərkəzinə hücumun ardınca daha böyük regional münaqişənin başlaya biləcəyindən narahatlığını bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatının başqa bir hissəsində vurğulanıb: “Bütün qarşıdurma tərəflərini mötədilliyi qorumağa və beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə dəvət edirik.”