Haniyə: İstənilən danışıqlar Qəzzada daimi atəşkəsin yaradılmasını əhatə etməlidir
https://parstoday.ir/azeri/news/west_asia-i5076-haniyə_İstənilən_danışıqlar_qəzzada_daimi_atəşkəsin_yaradılmasını_əhatə_etməlidir
 Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək səlahiyyətli üzvü Xəlil əl-Həyyə başçılığı ilə bu hərəkatın danışıqlar qrupunun Qəzza zolağında atəşkəsin yaradılması ilə bağlı danışıqlar aparmaq üçün sabah, bazar günü Misirə səfər edəcəyini açıqlayıb və deyib: HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə vurğuladı ki, istənilən danışıqlar daimi atəşkəs və işğalçıların Qəzzadan tamamilə çıxarılmasını ehtiva etməlidir.
(last modified 2024-04-07T07:03:58+00:00 )
Apr 07, 2024 10:56 Asia/Baku
  • Haniyə: İstənilən danışıqlar Qəzzada daimi atəşkəsin yaradılmasını əhatə etməlidir

 Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək səlahiyyətli üzvü Xəlil əl-Həyyə başçılığı ilə bu hərəkatın danışıqlar qrupunun Qəzza zolağında atəşkəsin yaradılması ilə bağlı danışıqlar aparmaq üçün sabah, bazar günü Misirə səfər edəcəyini açıqlayıb və deyib: HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə vurğuladı ki, istənilən danışıqlar daimi atəşkəs və işğalçıların Qəzzadan tamamilə çıxarılmasını ehtiva etməlidir.

 

HƏMAS-ın bu yüksək səlahiyyətli üzvü Əl-Cəzirə kanalına müsahibəsində əlavə edib: Son bir neçə saat ərzində HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə vasitəçilər arasında Qahirədə danışıqları bərpa etmək üçün geniş çağırışlar edilib.Əl-Cəzirə tərəfindən adının çəkilməsini istəməyən HƏMAS-ın bu yüksək səlahiyyətli üzvü dedi: Haniyə vasitəçilərə vurğulayıb ki, istənilən danışıqlarda daimi atəşkəsin yaradılması, işğalçıların Qəzza zolağından tamamilə çıxarılması və qaçqınların qeyd-şərtsiz öz ərazilərinə qayıtması daxildir.