HƏMAS rəsmisi: Fələstin qrupları tezliklə Çində görüş keçirəcək
https://parstoday.ir/azeri/news/west_asia-i5518-hƏmas_rəsmisi_fələstin_qrupları_tezliklə_Çində_görüş_keçirəcək
 HƏMAS hərəkatının beynəlxalq əlaqələr idarəsinin rəhbəri Musa Əbu Mərzuq bazar günü gecə Fələstin qruplarının tezliklə Çində toplantı keçirəcəyini bildirib.
(last modified 2024-05-07T07:06:11+00:00 )
May 06, 2024 09:41 Asia/Baku
  • HƏMAS rəsmisi: Fələstin qrupları tezliklə Çində görüş keçirəcək

 HƏMAS hərəkatının beynəlxalq əlaqələr idarəsinin rəhbəri Musa Əbu Mərzuq bazar günü gecə Fələstin qruplarının tezliklə Çində toplantı keçirəcəyini bildirib.

 

Əbu Mərzuq 7 oktyabrdan sonra Amerikanın digər ölkələrə HƏMAS-la qarşılıqlı əlaqədə olmamaları ilə bağlı xəbərdarlıq etdiyini bildirib və vurğulayıb: Amerika İsraili (rejimi) bütün imkanları ilə dəstəklədiyi halda, Vaşinqton bilməlidir ki, dünyada bizim əlaqə qurmaq istədiyimiz başqa qütblər də var.

HƏMAS-ın bu yüksək vəzifəli üzvü Çinin Fələstin xalqı ilə əlaqələrinin tarixi olduğunu vurğulayaraq dedi: Milli birlik prosesinin yolunda hər cür maneə yaratmaq, əslində Fələstin xalqının gələcəyinə maneə yaratmaq deməkdir.

Əbu Mərzuq əlavə edib: Qəzza hadisələri İsrailin (rejiminin) əsl simasını dünya xalqına göstərdi.