Sionist rejim tərəfindən Şərqi Rəfah sakinlərinin köçürülməsinə başlanılıb - VİDEO
Sionist hakimiyyət orqanlarının Qəzzə zolağının cənubundakı Rəfah şəhərinə qurudan hücumla hədələmələri ilə eyni vaxtda sionist rejim ordusu şərq bölgəsi sakinlərinin bu şəhərdən Xan Yunis bölgəsinə köçürülməsi prosesinin başlandığını elan edib.
Sionist rejimin sözçüsü fələstinlilərin Rəfahın şərq bölgəsindən Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsinə köçürülməsinə başlandığını elan edib və bir video yayımlayaraq, bu şəhərin şərq məhəllələrinin, o cümlədən Əş-Şəvkə, Əs-Salam Əl-Cunəynə, Təbbə Zira və Əl-Buyuk məhəllələrinin sakinlərindən Xan Yunis rayonuna getmələrini istəyib.
İşğalçı İsrail ordusu sözçüsü tərəfindən açıqlanan xəritəyə görə, Rəfah keçid məntəqəsi bu rejimin hərbi əməliyyatları çərçivəsində olacaq.