UNRWA: Bir milyon köçkün Rafahı tərk etdi
https://parstoday.ir/azeri/news/west_asia-i5846-unrwa_bir_milyon_köçkün_rafahı_tərk_etdi
 Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) sionist rejimin Rəfah şəhərinə hücumlarından sonra təxminən bir milyon qaçqının şəhəri tərk etdiyini açıqlayıb.
(last modified 2024-05-29T06:00:27+00:00 )
May 28, 2024 10:48 Asia/Baku
  • UNRWA: Bir milyon köçkün Rafahı tərk etdi

 Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) sionist rejimin Rəfah şəhərinə hücumlarından sonra təxminən bir milyon qaçqının şəhəri tərk etdiyini açıqlayıb.

 

UNRWA əlavə edib ki, son üç həftə ərzində və sionist rejimin Rəfah şəhərinə hücumları ilə eyni vaxtda, fələstinli qaçqınlar Qəzzə zolağının müxtəlif bölgələrindən bu şəhərə getdikləri zaman, bir milyona yaxın insan öz yurd-yuvasından didərgin düşüb və başqa ərazilərə üz tutub.

UNRWA vurğulayıb ki, Qəzzə zolağının əhalisinə kömək etmək və onları qorumaq demək olar ki, mümkün deyil.

Bu agentlik həmçinin sionist rejimin Rəfahın şimal-qərbindəki düşərgələrdən birində törətdiyi vəhşi cinayətə işarə edərək, bu rejimin hücumundan sonra bəzi UNRWA əməkdaşları ilə əlaqə saxlamağın çox çətin olduğunu açıqlayıb.