ُSionist İsrail rejimi “Rəfəh”ə hücum etməklə beynəlxalq tələblərə məhəl qoymur
https://parstoday.ir/azeri/news/west_asia-i5862-ُsionist_İsrail_rejimi_rəfəh_ə_hücum_etməklə_beynəlxalq_tələblərə_məhəl_qoymur
Sionist rejim beynəlxalq tələb və xəbərdarlıqlara məhəl qoymayaraq Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinə hücum edib və zirehli texnikanı bu əraziyə göndərib.
(last modified 2025-06-20T09:02:56+00:00 )
May 29, 2024 11:30 Asia/Baku
  • ُSionist İsrail rejimi “Rəfəh”ə hücum etməklə  beynəlxalq tələblərə məhəl qoymur

Sionist rejim beynəlxalq tələb və xəbərdarlıqlara məhəl qoymayaraq Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinə hücum edib və zirehli texnikanı bu əraziyə göndərib.

Qəzzada yaşayan fələstinlilərin xarici dünyaya yeganə keçid nöqtəsi olan Misirə bitişik olan sərhəd şəhəri Rəfah hazırda Qəzzanın digər bölgələrində fələstinli qaçqınlar üçün ən vacib yaşayış məntəqəsinə çevrilib və bir çox məhdudiyyətlərə baxmayaraq, bu zolağın  2,1 milyon əhalisinin  təxminən yarısını qəbul edir. Bu səbəbdən də ölkələr, qurumlar və beynəlxalq təşkilatlar Rəfaha hücumun nəticələri barədə xəbərdarlıq edərək, sionistlərin bu bölgədə hərbi əməliyyatlar aparacağı təqdirdə, Rəfahın fələstinlilərin misli görünməmiş soyqırımına şahidlik edəcəyini bəyan ediblər.

İsrail ordusunun zirehli bölmələrinin Rəfəhə girişi ilə bağlı xəbərlərin yayılması ilə eyni vaxtda, onların cinayətkar hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla azı 45 fələstinli şəhid olub, ən azı 250 nəfər yaralanıb.

Bu hücum bütün ölkələrdən, hətta bu rejimin ənənəvi və avropalı tərəfdarları tərəfindən də geniş reaksiya və qınaqla qarşılansa da, lakin bu rejimin müharibənin əhatə dairəsini Rəfaha qədər genişləndirməkdə israrlı olması bu rejimin cinayətkar mahiyətindən xəbər verir.