Jerusalem Post: Yəmən ordusunun əməliyyatı Eylat limanının fəaliyyətini sıfıra endirib
https://parstoday.ir/azeri/news/west_asia-i5928-jerusalem_post_yəmən_ordusunun_əməliyyatı_eylat_limanının_fəaliyyətini_sıfıra_endirib
Sionist "Jerusalem Post" qəzeti Yəmən ordusunun Qırmızı dənizdə davamlı hərbi və cəza əməliyyatlarından sonra işğal olunmuş Fələstinin cənubundakı Eylat (Umm ər-Rəşraş) limanının fəaliyyətini dayandırdığını açıqlayıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyun 01, 2024 11:46 Asia/Baku
  • Jerusalem Post: Yəmən ordusunun əməliyyatı Eylat limanının fəaliyyətini sıfıra endirib

Sionist "Jerusalem Post" qəzeti Yəmən ordusunun Qırmızı dənizdə davamlı hərbi və cəza əməliyyatlarından sonra işğal olunmuş Fələstinin cənubundakı Eylat (Umm ər-Rəşraş) limanının fəaliyyətini dayandırdığını açıqlayıb.

 

“Jerusalem Post” qəzeti ABŞ Konqresinin araşdırma departamentindən sitat gətirdiyi hesabatda əlavə edib: Yəmən ordusu 2023-cü il oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatının başlanmasından bəri işğal olunmuş ərazilərdəki sionist hədəflərə ən azı 53 dəfə hücum edib. 

Bu qəzet əlavə edib: Yəmənin Ənsarullah hərəkatı təkcə birbaşa İsrailə (işğal olunmuş ərazilərə) hücum etmir, həm də Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçərək Eylat limanına girməyə çalışan gəmiləri də hədəf alır ki, bu məsələ Eylat limanının iqtisadi fəaliyyətini sıfıra endirib və dayanıb.