Fələstin Təhsil Nazirliyi son statistikanı açıqladı
https://parstoday.ir/azeri/news/west_asia-i5986-fələstin_təhsil_nazirliyi_son_statistikanı_açıqladı
Qəzzə zolağında 15 min uşaq şəhid olub
(last modified 2024-06-06T07:26:21+00:00 )
İyun 05, 2024 09:38 Asia/Baku
  • Fələstin Təhsil Nazirliyi son statistikanı açıqladı

Qəzzə zolağında 15 min uşaq şəhid olub

 

Fələstinin Təhsil Nazirliyi sionist rejimin təcavüzü nəticəsində Qəzzə zolağında yaşayan 15 mindən çox uşağın şəhid olduğunu bildirib.

Nazirliyin açıqlamasında deyilir: “2023-cü il oktyabrın 7-dən bəri şəhid olan uşaqların əksəriyyəti məktəb və uşaq bağçalarının şagirdləri olub”.

Bu açıqlamaya görə, eyni müddət ərzində İordan çayının qərb sahilində 64 məktəbli işğalçı qüvvələr tərəfindən şəhid edilib.

Fələstin Təhsil Nazirliyi sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlərin ən çox qurbanlarının uşaqlar olduğunu qeyd edib.

“Qəzzə zolağına qarşı müharibə başlayandan bəri 620 min şagird və 88 min tələbə təhsildən məhrum olub və onların əksəriyyəti ruhi və fiziki xəsarətlərlə üzləşib”, - deyə, nazirlik əlavə edib.