Yəmənin qərbində yeni dəniz qəzası baş verib
İyun 07, 2024 12:33 Asia/Baku
Xəbər mənbələri cümə günü səhər Yəmənin qərbində yeni dəniz qəzasının baş verdiyini bildirib.
İngiltərənin Ambrey dəniz təhlükəsizliyi şirkəti Yəmənin qərbində dəniz qəzası baş verdiyini açıqlayıb.
Şirkət Əl-Muxadan 27 dəniz mili qərbdə yerləşən gəminin yaxınlığında iki partlayışın baş verdiyini açıqlayıb.
Bir neçə saat əvvəl Əl-Muxadan 19 dəniz mili qərbdə yerləşən gəmi yaxınlığında partlayış baş verdiyi bildirilir.
Teqlər